Səkkiz yaşlı Mina Abbasova növbəti beynəlxalq turnirdə fərqlənib
Bakı, 28 fevral, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə bədii gimnastika üzrə “Beynəlxalq Budapeşt Star - 2019” yarışması keçirilib.
AZƏRTAC xəbər verir ki, Polşa, Ukrayna, Çexiya, Slovakiya, Almaniya, Latviya, Belçika, İsrail, Xorvatiya və Rusiyanın çoxsaylı klublarının mübarizə apardığı turnirdə ölkəmizi yenə də Macarıstanda yaşayan həmyerlimiz - səkkiz yaşlı gimnast Mina Abbasova təmsil edib. O, 2010-cu il təvəllüdlü gimnastlar arasında fərdi yarışlarda fərqlənərək, ikinci yerə layiq görülüb və gümüş medal qazanıb.
Balaca gimnastımız bundan öncə fevralın 8-10-da Polşanın Sosnoviç şəhərində keçirilən “Beynəlxalq Sosnoviç Qış Kuboku - 2019” yarışmasının qızıl medalına sahib olmuşdu. Beləliklə bu, fevral ayında Mina Abbasovanın qazandığı ikinci böyük qələbəsidir.
Qeyd edək ki, 200-dək iştirakçının qatıldığı budəfəki yarışda Mina Abbasova ikiqat Asiya çempionu, Rusiya və Özbəkistanın beynəlxalq səviyyəli idman ustası Elizaveta Nazarenkonun ustad dərslərində də iştirak edib. Ustad məşqçi balaca gimnastın imkanlarının çox böyük olduğunu xüsusi olaraq vurğulayıb.
Balaca gimnastın ən böyük arzusu doğma Azərbaycanı dünya və olimpiya çempionatlarında təmsil etmək və bayrağımızı zirvələrə qaldırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]