SƏMƏD VURĞUNUN 100 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
Universitetin rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, professor Şəmsəddin Hacıyev Böyük şairin Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətlərini vurğulamışdır. O, Prezident İlham Əliyevin Səməd Vurğunun anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar 2006-cı il 6 fevral tarixli Sərəncamının əhəmiyyətini nəzərə çarpdırmışdır.
Xalq şairi Zəlimxan Yaqub, professor Cəlal Abdullayev və başqaları xalq şairinin çoxşaxəli zəngin yaradıcılığından, şairin həmişəyaşar poeziyasından, dramaturgiyasından, publisistikasından, əsərlərinin yüksək bədii sənətkarlıq xüsusiyyətlətindən söz açmışlar.
Şairin oğlu, xalq şairi Milli Məclisin deputatı Vaqif Səmədoğlu atası ilə bağlı xatirələrini söyləmiş, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Şairin qizı, Səməd Vurğun Fondunun direktoru Aybəniz Vəkilova Səməd Vurğunun seçilmiş əsərlərinin latın qrafikası ilə yeni nəşrini və sözlərinə yazılmış mahnıların diskini universitetə hədiyyə etmişdir.
Sonra tanınmış müğənnilərin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]