CƏMİYYƏT
Şəmkir rayonunun Zəyəm qəsəbəsində bəzi ərazilər subasmaya məruz qalıb
Bakı, 31 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Şəmkir rayonunun Zəyəm qəsəbəsində bəzi ərazilərinin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.
Hazırda Şəmkir rayonunun Zəyəm qəsəbəsində fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:38]
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
- 03.05.2024 [17:12]
Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar
- 03.05.2024 [16:47]