Şengen zonasının tezliklə genişlənməsi gözlənilir
Paris, 16 noyabr, AZƏRTAC
Şengen zonasının tezliklə genişlənməsi gözlənilir.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrinə Bolqarıstan, Xorvatiya və Rumıniyanın Avropa məkanına tam inteqrasiyasını qəbul etməyə dair yenidən çağırış edib. Uzun müddətdir ki, tələb olunan bu genişlənmə üzv dövlətlər arasında tərəddüdə səbəb olur.
Bolqarıstan, Xorvatiya və Rumıniya artıq qismən Şengen zonası qaydalarına tabe olsalar da, üzv dövlətlərlə daxili sərhəd nəzarəti saxlanılmaqdadır. Belə bir vəziyyətə görə bu ölkələr mövcud imkanlardan yararlana bilmirlər.
Avropa Komissiyası 27 üzv dövləti birləşdirən Aİ Şurasından bu üç ölkəyə Şengen zonasında tam şəkildə iştirak etmək səlahiyyəti vermək üçün gecikmədən lazımi qərarlar qəbul etməyi xahiş edib.
Aİ-nin ədliyyə və daxili işlər nazirləri dekabrın 8-də bununla bağlı səsvermə keçirməlidirlər. Bolqarıstan, Xorvatiya və Rumıniya ilə sərhəd nəzarətinin aradan qaldırılmasına icazə vermək üçün 27 üzv ölkənin yekdilliyi lazımdır.
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.08.2026 [13:56]
Almaniyada İŞİD-in üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb
- 14.08.2026 [13:34]
Karneqi İnstitutu Aİ-nin dərin transformasiyası barədə hesabat dərc edib
- 14.08.2026 [13:19]
Almaniyada meşə yanğını ilə əlaqədar 2 min nəfər təxliyə edilib
- 14.08.2026 [13:11]
Ukraynada ərzaq qıtlığı yaranıb – AZƏRTAC-ın REPORTAJI VİDEO
- 14.08.2026 [11:48]
Aşqabadda nəqliyyat-logistika məsələləri üzrə qlobal dialoq aparılacaq
- 14.08.2026 [11:34]