Sadır Japarov Qırğızıstan prezidentliyinə yenidən namizəd olacağını açıqlayıb
Bakı, 14 avqust, AZƏRTAC
Qırğızıstanın dövlət başçısı Sadır Japarov ölkənin 2027-ci il prezident seçkilərində yenidən namizədliyini irəli sürəcəyini rəsmi olaraq açıqlayıb.
AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, Sadır Japarov jurnalistlərə müsahibəsində deyib: “Mən daha bir müddətə namizədliyimi irəli sürəcəyəm”. O, digər namizədlərə heç bir məhdudiyyət qoyulmayacağını vurğulayıb, həmçinin dövlət qurumlarının və təşkilatlarının işçilərinə inzibati təzyiq göstərilmədən ədalətli seçki prosesini təmin edəcəyinə söz verib.
“Seçkilərdə səs vermək istəyənlər xoş qarşılanır. Heç kim məhdudiyyətlərlə üzləşməyəcək. Seçkilər şəffaf və qanuna tam uyğun şəkildə keçiriləcək”, - deyə o bildirib.
Daha əvvəl Qırğızıstanda növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci il tarixinə təyin olunduğu bildirilirdi. 2026-cı ilin iyun ayında Joqorku Keneş deputatları seçkilərlə bağlı Qırğızıstan Konstitusiya Qanununa dəyişikliklər edilməsi haqqında qanun layihəsini qəbul ediblər. Sənədə əsasən, seçkilərin tarixi dəyişdirilib. Spiker Marlen Mamataliyevin sözlərinə görə, bu qərar seçici fəallığını artırmaq məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.08.2026 [11:48]
Aşqabadda nəqliyyat-logistika məsələləri üzrə qlobal dialoq aparılacaq
- 14.08.2026 [11:34]
Özbəkistanın tarixi şəxsiyyətləri haqqında yeni nəşr çapdan çıxır
- 14.08.2026 [11:00]
ABŞ: İrana qarşı dəniz blokadası müddətsiz davam edə bilər
- 14.08.2026 [10:47]
Rusiyanın Ust-Luqa limanında dron hücumu nəticəsində yanğın baş verib
- 14.08.2026 [10:40]
Qırğızıstan “BARS” milli brendi altında elektromobil istehsal edəcək
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Instagram” loqotipini dəyişib
- [00:27]
Dünya çempionu "Barselona"nı PSJ-yə dəyişib
- 13.08.2026 [23:58]
Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb
- 13.08.2026 [23:32]
"Qarabağ"ın prezidenti: Möhtəşəm oyun alındı
- 13.08.2026 [23:25]
Rusiya Ermənistandan məhsul idxalının bərpası üçün şərtləri açıqlayıb
- 13.08.2026 [23:23]
İngiltərənin Qərbi Midlands bölgəsində güclü yanğın başlayıb
- 13.08.2026 [23:09]
Azərbaycanlı futbolçu Avropa Liqasında "Zaltsburq"a qol vurub
- 13.08.2026 [23:05]
Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub
- 13.08.2026 [22:51]
Bakıda gənc rəssamların sərgisi açılıb
- 13.08.2026 [22:40]
Roma yaxınlığındakı sursat zavodunda partlayış baş verib
- 13.08.2026 [20:45]
Tovuzda çayda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib
- 13.08.2026 [20:39]
Bu saata olan əsas xəbərlər
- 13.08.2026 [20:00]
AQTA bitki və palma yağlarının idxalçılarına xəbərdarlıq edib
- 13.08.2026 [19:05]