“Sabahın Ulduzları”: U-15 yaş qrupunda 4-cü tura start verilib
Bakı, 14 avqust, AZƏRTAC
“Sabahın Ulduzları” Bakı Kubokunun U-15 yaş qrupunda 4-cü tura start verilib.
AFFA-dan AZƏRTACA-a verilən məlumata görə, avqustun 13-də turun ilk 3 oyunu keçirilib:
“Qəbələ” - “Ulduz” - 0:6
Qollar: Asif Allahverdizadə, 31; Müşfiq Zamanov, 45; Yusif Əlizadə, 54, 61; Yusif Kərimli, 57; Rəsul Qurbanlı, 80+1
EFA – “Neftçi” - 1:2
Qollar: Hüseyn Novruzlu, 27 (pen.) - Sultan Orucov, 8 (pen.); Əkbər Nağıyev, 20 (pen.)
“Zirə” – “Sumqayıt” - 3:2
Qollar: Əli Hüseynov, 33, 53; Məhəmməd Hüseynli, 34 - Elcan Quliyev, 66; Abdulla Tahirli, 80+3)
Qeyd edək ki, bu gün U-15 yaş qrupunda 4-cü tura yekun vurulacaq. Turun son oyunlarında “Marafon” “Dinamo” ilə, “Sabah” “Zəngəzur”la, “Rekord” isə “Qarabağ”la qarşılaşacaq.