Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır
Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycan Premyer Liqasının 2026/27 mövsümü bu gün start götürür.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, mövsümün ilk qarşılaşmasında “Turan Tovuz” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Görüş saat 19:30-da başlayacaq.
Qeyd edək ki, çempionatın ilk turunun digər oyunları qarşıdakı günlərdə keçiriləcək. Avqustun 15-də “Araz-Naxçıvan” – “İmişli” və “Sabah” – “Kəpəz” matçları baş tutacaq. Avqustun 16-da “Sumqayıt” – “Neftçi” və “Zirə” – “Şəfa” qarşılaşmaları keçiriləcək. İlk turun son oyunu isə avqustun 17-də olacaq və “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Şamaxı”nı qəbul edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]