Fransanın Mərkəzi Afrika Respublikasındakı səfiri ilə bağlı araşdırma başlayıb
Paris, 14 avqust, AZƏRTAC
Fransanın Mərkəzi Afrika Respublikasındakı səfiri Bruno Fuşeyə qarşı intizam araşdırmasına start verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Banqidə aparılan inzibati araşdırmadan sonra qəbul olunub. Araşdırma Fransa mətbuatında səfirin diplomatik iqamətgahda çoxlu gənc qadınları qəbul etməsi ilə bağlı yayılan məlumatların fonunda aparılır.
Fransanın Xarici İşlər Nazirliyi Bruno Fuşeyə qarşı intizam prosedurunun başladığını təsdiqləyib.
Qeyd edək ki, Fransada nəşr olunan satirik “Le Canard enchaıne” nəşrində səfirin 2024-cü ilin yanvarından 2026-cı ilin martınadək iqamətgahdakı şəxsi mənzillərinə təxminən 30 gənc qadını dəvət etdiyi barədə məlumat yayımlanıb. Nəşrin iddiasına görə, bu ziyarətlər diplomatik iqamətgahın təhlükəsizliyinə cavabdeh xidmətlərdə narahatlıq yaradıb. Bundan sonra Xarici İşlər Nazirliyi səfirlikdə yoxlama aparıb və araşdırmanın nəticəsi olaraq intizam proseduruna başlanılıb.
Nəşr yazır ki, araşdırma çərçivəsində Bruno Fuşey iki dəfə dindirilib və o, bəzi etiraflar edib.
Fransa Xarici İşlər Nazirliyi hələlik səfirlə bağlı addım atmayıb, araşdırma davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.08.2026 [11:48]
Aşqabadda nəqliyyat-logistika məsələləri üzrə qlobal dialoq aparılacaq
- 14.08.2026 [11:34]
Özbəkistanın tarixi şəxsiyyətləri haqqında yeni nəşr çapdan çıxır
- 14.08.2026 [11:00]
ABŞ: İrana qarşı dəniz blokadası müddətsiz davam edə bilər
- 14.08.2026 [10:47]
Rusiyanın Ust-Luqa limanında dron hücumu nəticəsində yanğın baş verib
- 14.08.2026 [10:40]
Qırğızıstan “BARS” milli brendi altında elektromobil istehsal edəcək
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Instagram” loqotipini dəyişib
- [00:27]
Dünya çempionu "Barselona"nı PSJ-yə dəyişib
- 13.08.2026 [23:58]
Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb
- 13.08.2026 [23:32]
"Qarabağ"ın prezidenti: Möhtəşəm oyun alındı
- 13.08.2026 [23:25]
Rusiya Ermənistandan məhsul idxalının bərpası üçün şərtləri açıqlayıb
- 13.08.2026 [23:23]
İngiltərənin Qərbi Midlands bölgəsində güclü yanğın başlayıb
- 13.08.2026 [23:09]
Azərbaycanlı futbolçu Avropa Liqasında "Zaltsburq"a qol vurub
- 13.08.2026 [23:05]
Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub
- 13.08.2026 [22:51]
Bakıda gənc rəssamların sərgisi açılıb
- 13.08.2026 [22:40]
Roma yaxınlığındakı sursat zavodunda partlayış baş verib
- 13.08.2026 [20:45]
Tovuzda çayda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib
- 13.08.2026 [20:39]
Bu saata olan əsas xəbərlər
- 13.08.2026 [20:00]
AQTA bitki və palma yağlarının idxalçılarına xəbərdarlıq edib
- 13.08.2026 [19:05]