“Arsenal” Osimhenin mümkün transferi ilə bağlı “Qalatasaray”la danışıqlara başlayıb
Bakı, 14 avqust, AZƏRTAC
İngiltərənin “Arsenal” klubu Türkiyənin “Qalatasaray” komandasında çıxış edən hücumçu Viktor Osimhenin mümkün transferi ilə bağlı danışıqlara başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. 27 yaşlı nigeriyalı futbolçu London təmsilçisinin hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən birinə çevrilib.
“Arsenal” digər transfer hədəfləri ilə danışıqlarda yaranan çətinliklərdən sonra Viktor Osimhenə diqqət yönəldib. Əvvəlcə London klubunun əsas transfer hədəfinin Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares olduğu bildirilsə də, İspaniya təmsilçisi argentinalı futbolçunu satmaq istəmir.
Osimhenin adı “Arsenal” və “Qalatasaray” arasında bir neçə futbolçu ilə bağlı aparılan danışıqlar zamanı gündəmə gəlib. Türkiyə klubu daha əvvəl Qabriel Martinelli üçün 45 milyon avro təklif edib. “Arsenal” isə 19 yaşlı İtan Nvanerini 40 milyon avro qarşılığında İstanbul təmsilçisinə göndərməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]