SENTYABRDA HAVANIN TEMPERATURU NORMAYA UYĞUN OLACAQDIR
Bakı, 31 avqust (AZƏRTAC). Sentyabr ayında havanın temperaturu, əsasən, sabit, iqlim normalarına uyğun, bəzi yerlərdə isə normadan artıq olacaqdır. Respublika ərazisində yağıntının miqdarı qeyri-bərabər bölünəcək, iqlim normalarına yaxın, bəzi bölgələrdə normadan artıq olacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur + 22-24 dərəcə ( gecə +17-22 dərəcə, gündüz +25-30 dərəcə, bəzi günlər +35 dərəcəyədək qalxacaqdır), yağıntının səviyyəsi normaya yaxın (7-23 mm) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur +21-24 dərəcə (gecə +12-17 dərəcə, gündüz +27-32 dərəcə, bəzi günlər +36 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (7-13 mm), bəzi günlər normadan artıq olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur +15-17 dərəcə (gecə +9-14 dərəcə, gündüz +17-22 dərəcə, bəzi günlər +30 dərəcəyədək yüksələcəkdir), yağıntının səviyyəsi normaya yaxın (34-50 mm), bəzi yerlərdən normadan artıq olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur +21-24 dərəcə (gecə +14-19 dərəcə, gündüz +24-29 dərəcə, bəzi günlər +34 dərəcəyə yüksələcəkdir), yağıntının səviyyəsi normaya uyğun (17-44 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur müsbət +18-21 dərəcə (gecə +12-17 dərəcə, gündüz +22-27 dərəcə, bəzi günlər +32 dərəcəyədək isti), yağıntının səviyyəsi normaya yaxın (33-120 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur müsbət +23-26 dərəcə (gecə +17-21 dərəcə, gündüz +27-32 dərəcə, bəzi günlər +36 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (14-38 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur +21-23 dərəcə (gecə +15-20 dərəcə, gündüz +24-29 dərəcə, bəzi günlər 33 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (13-83 mm) olacaqdır.