Serbiya vətəndaşlarını Sudandan təxliyə edir
Belqrad, 24 aprel, AZƏRTAC
Serbiya vətəndaşlarının silahlı münaqişələrin davam etdiyi Sudandan təxliyə edilməsinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Serbiya Xarici İşlər Nazirliyi Sudandakı vətəndaşların beynəlxalq tərəfdaşların köməyi ilə təxliyə ediləcəyini açıqlayıb. Xartum şəhərindəki 11 nəfər Serbiya vətəndaşı üç qrup şəklində - 6 nəfər Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları, 4 nəfər BMT əməkdaşları, bir nəfər isə Türkiyə vətəndaşları ilə birlikdə təxliyə olunacaq.
Serbiya vətəndaşı olan yüzədək şəxsin isə Sudanda qalmağa qərar verdiyi bildirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]