Serbiyada iqtisadiyyat naziri postuna yeni təyinat olub
Belqrad, 6 sentyabr, AZƏRTAC
Rusiyaya qarşı sanksiyaları dəstəklədiyinə görə vəzifəsindən azad edilən Serbiyanın iqtisadiyyat naziri Rade Bastanın yerinə təyinat olub.
AZƏRTAC xəbər verir ki, Serbiya parlamentinin qərarı ilə bu vəzifəyə Slobodan Çvetkoviç gətirilib. Səsvermədə iştirak edən deputatlardan 148-i S.Çvetkoviçin lehinə, ikisi isə əleyhinə səs verib.
Xatırladaq ki, Serbiyanın Baş naziri Ana Brnabiç Rusiyaya qarşı münasibəti və may ayında ölkədə baş verən silahlı hücumlardan sonra “Serbiya zorakılığa qarşı” şüarı ilə təşkil olunan hökumət əleyhinə nümayişlərə dəstək verdiyi üçün Rade Bastanın vəzifəsindən uzaqlaşdırılmasını təklif etmişdi. Serbiya parlamenti iyul ayında bu ölkənin Rusiyaya qarşı sanksiyalar tətbiq etməli olduğunu bildirən Rade Bastanı vəzifəsindən kənarlaşdırmışdı. Parlamentdə keçirilən etimad səsverməsində 149 deputat nazirin vəzifəsindən azad olunmasını dəstəkləmişdi. R.Bastanın dövlətin siyasətinə və milli mənafelərə zidd açıqlamalar verməsi səbəbindən vəzifəsindən azad olunduğu bildirilmişdi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]