Serbiyada məcburi hərbi çağırışın bərpası gündəmdədir
Belqrad, 6 yanvar, AZƏRTAC
Serbiyada məcburi hərbi çağırışın bərpası üçün ilk addım atılıb.
AZƏRTAC xəbər verir ki, Serbiya Müdafiə Nazirliyinin məlumatına görə, Baş Qərargah 4 ay davam etməsi gözlənilən məcburi hərbi xidmətə çağırışa başlamaqla bağlı Serbiya Prezidenti Aleksandr Vuçiç qarşısında təkliflə çıxış edib.
Məcburi hərbi çağırışın bərpasında məqsəd ölkədə ümumi təhlükəsizlik vəziyyətini və Serbiya ordusunun müdafiə qabiliyyətini artırmaqdır.
Serbiyanın müdafiə naziri Miloş Vuçeviç mövcud təhlükəsizlik vəziyyətinin ölkəni hər zaman qorumağa hazır olan fərdlərə ehtiyac yaratdığını qeyd edib.
“Nazirliyin təklifi ondan ibarətdir ki, məcburi hərbi xidmət 4 aydan çox olmamalıdır”, - deyə nazir bildirib.
Qeyd edək ki, 2011-ci ildə Serbiyada məcburi hərbi xidmət ləğv edilmişdi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]