Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərq Tərəfdaşlığı üzrə Xarici İşlər nazirlərinin videokonfrans formatında görüşü olub

Bakı, 11 iyun, AZƏRTAC

Şərq Tərəfdaşlığı üzrə Xarici İşlər nazirlərinin videokonfrans formatında görüşü olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov görüşdə iştirak edib.

Elmar Məmmədyarov çıxışında bu görüşün dünyanın misilsiz çağırışlarla üzləşdiyi dövrdə keçirildiyini bildirərək deyib: “Öldürücü pandemiya nəticəsində vəfat edənlərin ailələrinə dərin hüznlə başsağlığı vermək istərdim. Davam edən böhran dövründə bu konfrans vaxtında keçirilən önəmli bir tədbirdir. Biz pandemiyaya ölkə səviyyəsində qəti tədbirlərlə cavab veririk. Ciddi karantin tədbirləri 3 şəhərimizdə 3 yeni xəstəxananın istifadəyə verilməsi və əlavə 7 modul-tipli xəstəxanaların tikilməsi də daxil olmaqla, səhiyyə sisteminin gücləndirilməsinə əhəmiyyətli dövlət resurslarının yönəldilməsi tədbirləri ilə həyata keçirilib. Pandemiyanın və neft qiymətlərinin kəskin aşağı düşməsinin iqtisadi və sosial təsirlərinin zəiflədilməsi məqsədilə hökumət ölkə ÜDM-sinin 4,3 faizi həcmində Müfəssəl İqtisadi Yardım Paketi qəbul edib. Gəlirləri dəstəkləyən tədbirlər ölkə əhalisinin təxminən yarısını - 4,8 milyon vətəndaşı əhatə edib. Özəl şirkətlər QHT-lər və sadə vətəndaşlar könüllü ianələr vasitəsilə hökumətin səylərinə qoşulub və bu həmrəylik ürəkaçandır. Biz, həmçinin pandemiyanın alovlandığı dövrdə təxirəsalınmaz cavab tədbirlərinin dəstəklənməsi məqsədilə Aİ-nin Azərbaycana yardımını qiymətləndiririk. Böhranın mahiyyəti və miqyası müqayisə olunmazdır. İstər güclü olsun, istər zəif, iqtisadiyyatlar bir-biriləri ilə bağlıdır və təsirlərə məruz qalmışdır. Bu vəziyyət tərəfdaşları bir yerə yığışıb, əməkdaşlıq etməyə və bir-birilərini dəstəkləməyə çağırır. Bunu nəzərə alaraq, Azərbaycan böhran dövründə təchizat zəncirlərində qırılmaların qarşısının alınması və vacib malların sərbəst axınının təmin edilməsi yolları ilə bağlı fikir mübadiləsinin aparılması məqsədi ilə Türkdilli ölkələrin fövqəladə Sammitini təşkil edib. Malların və başlıca xidmətlərin mövcudluğunun asanlaşdırılması ilə bağlı Aİ siyasəti ilə uyğunluq təşkil etdiyindən, Aİ-dəki tərəfdaşlarımızın bu tədbirlərimizi qiymətləndirdiyini görməkdən məmnunuq.

Azərbaycan tərəfinin təşəbbüsü ilə təşkil olunmuş Qoşulmama Hərəkatının Kontakt Qrupunun Zirvə toplantısında Aİ bu günədək ilk dəfə yüksək səviyyədə təmsil olunmuşdur. Mən, bu tədbirdə bizə qoşulduğu və Zirvə toplantısının müzakirələrinə dəyərli töhfəsini verdiyi üçün Cozep Borelə təşəkkür edirəm. Biz, həmçinin BMT Baş Assambleyasının xüsusi iclasının çağırılması təklifini irəli sürmüşük və hər kəsi bu təşəbbüsü dəstəkləməyə dəvət edirik.

Azərbaycan COVID-19 böhranına, həmçinin çoxtərəfli çərçivədə cavab tədbirlərinə fəal şəkildə cəlb olunub və Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ayırıb. Biz, həmçinin 14 ölkənin müraciəti əsasında onlara ikitərəfli qaydada yardım göstərmişik. Bu gün Azərbaycan COVID-19-la mübarizədə ən çox humanitar yardım göstərən ölkələr siyahısındadır və bu, bizim həmrəylik və əməkdaşlığa sadiqliyimizə dəlalət edir.

Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı Aİ-nin Birgə Müraciət sənədi ikitərəfli əməkdaşlığa güclü diqqət ayırır. Ehtiyaclara uyğun yanaşma Azərbaycanın Aİ ilə münasibətlərində axtardığı mühüm siyasətdir. Bu, bərabərliyə və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıqdır. Yeni ikitərəfli Saziş üzrə danışıqların uğuru açıq qalan məsələlərin həlli yollarının tapılmasında danışıqlar aparan tərəflərin çevikliyindən asılı olacaq.

Yaxşı idarəçilik məsələlərində tərəfdaş ölkələrlə təhlükəsizlik dialoqlarının gücləndirilməsi vasitəsilə dayanıqlı institutlar, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizədə Aİ-nin dəstəyini alqışlayırıq. Ötən ilin dekabr ayında Bakıda uğurla keçirilmiş Azərbaycan - Aİ Təhlükəsizlik Dialoqundan sonra biz meydana çıxan regional və beynəlxalq təhlükəsizlik təhdidləri üzrə məhsuldar fikir mübadiləsinin aparılmasını səbirsizliklə gözləyirik.

Enerji sahəsində, Cənub Qaz Dəhlizinin yekunlaşmasına az qalır və bu layihə Şərq Tərəfdaşlığında gücləndirilmiş bağlantıların ən nəzərə çarpan nəticəsi olacaq. Biz pandemiyadan təsirlənmiş yerli insanların COVID-19 ilə mübarizəsinin dəstəklənməsi və layihənin vaxtlı-vaxtında icrasına təminat yaradılmasında TAP-dakı tərəfdaşlarımızın məsuliyyətli davranışını qiymətləndiririk.

Azərbaycanın nəqliyyat-logistika sisteminin vacibliyi strateji əhəmiyyətinə görə tanınır. Azərbaycan ŞT və Mərkəzi Asiya cinahlarında çalışır. Biz, digər tərəfdaşlarla GUAM çərçivəsində Mərkəzi Asiya və daha geniş bölgəyə alternativ marşrutu təmin edəcək nəqliyyat dəhlizi üzərində iş aparırıq. Biz, həmçinin Mərkəzi Asiya ölkələri ilə ATƏT-in “Xəzər dənizi regionunda yaşıl limanlar və bağlantıların təşviqi” layihəsi çərçivəsində əməkdaşlıq edirik və Aİ-nin buna dəstəyini alqışlayırıq.

Xəzər dənizinin Şərq sahilində Azərbaycan Lapis-Lazuli nəqliyyat dəhlizinin həyata keçirilməsi üçün Türkmənistan və Əfqanıstan ilə intensiv dialoq aparır. Mənim ölkəm Aİ-nin bu bölgə ilə bağlı strategiyasının həyata keçirilməsində vacib rol oynaya bilər və biz buna hazırıq. Biz ümid edirik ki, enerji sahəsində strateji əməkdaşlığın nəqliyyat-logistika sahəsində də genişləndirilməsi Aİ-Azərbaycan tərəfdaşlığının güclənməsinə mühüm töhfə verəcək.

Biz inanırıq ki, gələcək Aİ-Azərbaycan əməkdaşlığı həm də ölkəmizin milli prioritetlərinin həyata keçirilməsinə töhfə verəcək. Azərbaycan iqtisadi şaxələndirmənin sürətləndirilməsi, bütün sahələri əhatə edən inkişafın təşviqi və COVID-19 sonrası iqtisadi dirçəlişin dəstəklənməsi məqsədilə strateji inkişaf gündəliyinin icrasına davam edir. İnfrastruktur şaxələndirilmiş iqtisadiyyatın ehtiyaclarının qarşılanmasında mühüm rol oynayır və bizim sərmayələrimiz sənaye parkları, müstəsna iqtisadi zona, qanun və tənzimləmələr, maliyyə xidmətləri və informasiya texnologiyaları ilə tamamlanır. İnnovasiya, informasiya və yüksək texnologiyaların təşviqi bizim ortaq məqsədlərimizdir. Bütün bunlar insan kapitalı və keyfiyyətli təhsil, xüsusən tibb sahəsində olmaqla peşəkarların hazırlığının artırılmasına yeni diqqətin göstərilməsini tələb edir və biz Aİ-ni davam edən səylərimizə dəstək göstərməyə dəvət edirik.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regionun təhlükəsizliyinə ən böyük təhdid kimi qalmaqdadır. BMT-nin Baş Katibinin və Aİ-nin Ali nümayəndəsinin qlobal atəşkəs ilə bağlı müraciətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir, həmçinin gərginliyi artırmağa və münaqişənin siyasi həllinə mane olmaq üçün hər cür səy göstərir. Ermənistan özünü “demokratiya” kimi təqdim edir, lakin hələ də öz doğma torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının insan hüquqlarını pozmağa davam edir.

Bütün dünyanın COVID-19 ilə mübarizəyə səfərbər olunduğu dövrdə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər” və “andiçmə” mərasimi keçirir. Danışıqlar aparmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl etməkdən boyun qaçırmaqla Ermənistan münaqişənin həlli prosesinin qarşısını alır. Beləliklə, Ermənistan ŞT-nin sabitlik və rifah kimi fundamental prinsiplərinə xələl gətirir.

Aİ Şurasının sonuncu Yekunlar sənədində bəyan edildiyi kimi, ŞT-nin fundamental əsasları qaydalara əsaslanan beynəlxalq nizam və tərəfdaş ölkələrin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi daxil olmaqla beynəlxalq hüquqla bağlı bölüşülən öhdəliklərimiz üzərində qurulur. Biz bu prinsiplərin ikitərəfli və çoxtərəfli əməkdaşlıqda təşviqində Aİ ilə həmrəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib