Şərqi Zəngəzur iqtisadi rayonunda mövcud olan yataqlar beynəlxalq investorların sərəncamına veriləcək
Bakı, 18 noyabr, AZƏRTAC
İşğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları böyük həcmdə mineral xammal ehtiyatlarına malikdir. 1991-ci ilə qədər burada 167 yataq kəşf edilib, bunlardan 15-i filiz, 126-sı tikinti materialları və qeyri-filiz yataqları, 26-sı isə termal-mineral və şirin su yataqlarıdır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
“Regionumuz çox zəngin ehtiyatlara malikdir. Burada 800-dən çox təzahürümüz mövcuddur. Həmin təzahürlər zaman-zaman yataqlaşdırılacaq. Regionun bərpa quruculuq işlərində bilavasitə yerli xammaldan istifadə edilməsi ön plana çıxır. Hazırda həmin istiqamətdə çox gərgin fəaliyyətimiz mövcuddur. Azad edilmiş ərazilərdə bərpa quruculuq işlərində xüsusilə yol infrastrukturunun salınmasında yerli xammaldan müvəffəqiyyətlə istifadə edilir. Həmin xammal ehtiyatları geniş şəkildə istismarçıların öhdəsinə verilib. Güman edirəm ki, ən yaxın gələcəkdə Şərqi Zəngəzur iqtisadi rayonunda mövcud olan qızıl, gümüş və mis yataqları beynəlxalq investorların sərəncamına veriləcək”, - deyə Ə.Əliyev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]