Səttar Möhbalıyev: Tələbələrə adlı təqaüdlərin verilməsində gender balansı qorunub
Bakı, 16 noyabr, AZƏRTAC
Tələbələrə adlı təqaüdlərin verilməsində gender balansı qorunub. Belə ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təqaüdünə layiq görülən 65 tələbədən 31-i qızlardır.
Bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
S.Möhbalıyev AHİK-in sədri ATİAHİ RK tərəfindən adlı təqaüdlərin verilməsinin artıq ənənə halı aldığını və bu prosesə 1995-ci ildən başlandığını qeyd edib.
“Ölkəmizdə gənclərin inkişafı, intellektual səviyyəsinin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir, proqramlar qəbul edilir.
İndiyədək 3 minə yaxın tələbə adlı təqaüddən yararlanıb. Bugünkü tədbirdə də 2022-2023-cü təhsil ilinin yay imtahan sessiyasının nəticələrinə görə 65 əlaçı və fəal tələbə təqaüdə layiq görüldü. Məqsədimiz gənclərimizin elmə, təhsilə marağının artırılmasına, zərərli vərdişlərdən uzaqlaşdırılmasına, onların gənc kadr kimi püxtələşməsinə dəstək göstərməkdir”, - deyə Səttar Möhbalıyev diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:40]
AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək
- 05.10.2026 [11:33]
“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir
- 05.10.2026 [11:25]
Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər
- 05.10.2026 [10:54]
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb
- 05.10.2026 [10:47]
Son iki gündə 60 cinayətin açılması təmin olunub
- 05.10.2026 [09:56]
“İMZA” fəaliyyət istiqamətlərini genişləndirir
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]