Silahlı Qüvvələrdə sərbəst və yunan-Roma güləşi üzrə birincilik keçirilir
Bakı, 27 aprel, AZƏRTAC
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə Silahlı Qüvvələrin birinciliyi keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Güləş Federasiyasının beynəlxalq və respublika dərəcəli hakimləri tərəfindən idarə olunan yarış aprelin 29-dək davam edəcək.