Silahlılar Somalidə BMT-nin helikopterini ələ keçiriblər
Bakı, 29 sentyabr, AZƏRTAC
Somalidə “Əl-Şəbab” qruplaşması BMT-nin icarəyə götürdüyü helikopteri ələ keçiriblər.
AZƏRTAC xəbər verir ki, “Somali Guardian” nəşrinin yaydığı məlumata görə, hadisə helikopter texniki nasazlıq səbəbindən silahlıların nəzarətindəki əraziyə təcili eniş edərkən baş verib. İlkin məlumatlara əsasən, ekipaj üzvləri və yük qruplaşmanın əlinə keçib.
Helikopterin qeydiyyat nömrəsi, göyərtəsində olan insanların sayı və yükün nədən ibarət olduğu məlum deyil. İnsident barədə rəsmi məlumat hələlik açıqlanmayıb.
Nəşr xatırladır ki, 2024-cü ilin yanvarında BMT-nin icarəyə götürdüyü təyyarə də təxminən eyni ərazidə sərt eniş etmişdi. Ekipajın taleyindən isə indiyədək xəbər yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:45]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
- 02.10.2026 [12:36]
Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir
- 02.10.2026 [11:35]