Şimal-qərb bölgəsinin məktəbliləri “BilBacar” müsabiqəsində uğur qazanıblar
Şəki, 17 iyun, AZƏRTAC
Şimal-qərb bölgəsinin məktəbliləri Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BilBacar” müsabiqəsində uğur qazanıblar. Belə ki, müsabiqənin 2025/2026-cı tədris ili üzrə yekun nəticələrinə əsasən, Şəki rayonu Daşüz kənd tam orta ümumtəhsil məktəbinin III sinif şagirdi Azad Zamanlı birinci, Balakən şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin III sinif şagirdi Aylanur Əliyeva isə üçüncü yerə layiq görülüblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edək ki, 2025-ci ilin noyabr ayından etibarən keçirilən “BilBacar” müsabiqəsi şagirdlərin intellektual potensialının üzə çıxarılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin sağlam rəqabət mühitinin formalaşdırılması məqsədilə təşkil olunur.
Müxbir – Mustafa Dadaşov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [19:20]
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq
- 17.06.2026 [18:51]
Xaçınçaya gələn sel yaşayış məntəqəsinə təhlükə yaradıb
- 17.06.2026 [18:42]
Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub
- 17.06.2026 [16:59]