“ŞİMAL-QƏRB KƏND İNKİŞAF LAYİHƏSİ” REALLAŞDIRILIR
Bakı, 31 yanvar (AZƏRTAC). Ölkəmizdə kənd təsərrüfatının inkişafı dövlətin prioritet istiqamətlərindəndir. Son illər ölkənin ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə ciddi tədbirlər görülür, irimiqyaslı layihələrin icrasına başlanmışdır.
Həmin layihələrdən biri “Şimal-Qərb kənd inkişaf layihəsi”dir.
İcrasına bu ilin yanvarından başlanılmış layihə respublikamızın şimal-qərb bölgəsini - Ağstafa, Qazax, Şəmkir və Tovuz rayonlarını əhatə edir. Azərbaycan hökuməti və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond - İFAD-ın birgə maliyyələşdirdiyi bu layihənin ümumi dəyəri 32 milyon ABŞ dolları məbləğindədir. Beş il ərzində həyata keçiriləcək layihə suvarılan və dəmyə torpaqlarda 30 minədək ailənin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Layihə çərçivəsində 60 min hektardan artıq ərazidə təsərrüfatdaxili suvarma şəbəkələrinin təmiri, bərpası, məhsuldarlığın artırılması, fermerlərə, kiçik və orta sahibkarlığa maliyyə xidmətlərinin göstərilməsi kimi məsələlər nəzərdə tutulur. Layihənin icrası ilə əlaqədar fevralda seminar keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]