DÜNYA
Şimali Koreya “radioaktiv sunami” yarada bilən sualtı pilotsuz aparatı sınaqdan keçirib
Bakı, 24 mart, AZƏRTAC
Martın 21-də Şimali Koreya nüvə yükü daşıya bilən yeni sualtı pilotsuz aparatını sınaqdan keçirib. Yeni silah partlayışdan sonra “super güclü radioaktiv sunami”yə səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Koreya səsi” dövlət radiosu məlumat yayıb.
“Bu gizli silah pilotsuz sualtı hücum gəmisidir. Onun vəzifəsi gizli şəkildə su altında üzmək, düşmən gəmi qruplarını və limanını məhv etmək və sualtı partlayış vasitəsilə super güclü radioaktiv sunami yaratmaqdır”, - deyə məlumatda bildirilib.
Sınaqlara Şimali Koreya lideri Kim Çen In nəzarət edib.