SİYASƏT
Simon Kopadze: Bakıda SPECA-nın Zirvə görüşünün keçirilməsi çox mühüm tarixi hadisədir
![Simon Kopadze: Bakıda SPECA-nın Zirvə görüşünün keçirilməsi çox mühüm tarixi hadisədir](/files/2023/3/1200x630/1700838309564304941_1200x630.jpg)
Tbilisi, 24 noyabr, AZƏRTAC
Bakı bu günə qədər bir çox beynəlxalq tədbirə ev sahibliyi edib. Bu gün isə Azərbaycanda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşü keçirildi. Bu, çox mühüm tarixi hadisədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında gürcü politoloq Simon Kopadze söyləyib.
Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin Bakıda toplaşmasını çox əlamətdar hadisə kimi qiymətləndirən politoloq qeyd edib: “Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qonağı qismində Zirvə görüşündə xüsusi qeyd etmək lazımdır. Bu cür tədbirlər ölkələrimizin regiondakı rolunu daha da gücləndirir”.
Bu tədbirin həm də Orta Dəhlizin inkişafı üçün bütün layihələrin inkişafına xidmət edəcəyini vurğulayan S.Kopadze bildirib: “İnfrastrukturun inkişafı hər bir dövlətin iqtisadiyyatının inkişafı deməkdir. Eyni zamanda, əlavə iş yerlərinin açılması, ölkəyə maliyyə axınının artması həm də dövlətlərin təhlükəsizliyinin qorunmasına xidmət edir. Ona görə də demək olar ki, bu Zirvə görüşü hər bir cəhətdən mühüm əhəmiyyət kəsb edən vacib tədbirdir”.
O deyib ki, bu gün Qərblə Şərqi birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inkişafı da prioritet məsələlərdəndir. Bu magistral xətlə yükdaşımaların artması Gürcüstanın Qara dəniz limanlarına da müsbət təsir göstərəcək. Dost və tərəfdaş ölkələrin dəstəyi ilə Anakliya limanının tikintisi də başa çatdıqdan sonra regionun iqtisadi cəhətdən potensialı daha da artacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi