Şinzo Abe Rusiya ilə sülh müqaviləsi barədə danışıqları yeni səviyyəyə qaldırmaq istəyir
Tokio, 4 sentyabr, AZƏRTAC
Yaponiyanın Baş Naziri Şinzo Abe Rusiya Prezidenti Vladimir Putin ilə qarşıda gözlənilən görüşü zamanı sülh müqaviləsinin imzalanması barədə danışıqları yeni səviyyə qaldırmaq niyyətindədir.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Şinzo Abe bu barədə Şərq İqtisadi Forumunda iştirak etmək üçün Vladivostoka yola düşməzdən əvvəl bəyan edib. “Danışıqları yeni səviyyəyə qaldırmaq üçün Prezident Vladimir Putinlə açıq dialoq aparmaq niyyətindəyəm”, - deyə Baş Nazir jurnalistlərə bildirib. Yaponiya hökumətinin başçısı qeyd edib ki, 2016-cı ildə Rusiya Prezidenti ilə Naqatoda əldə olunan razılaşmalar həyata keçirilir. Ş.Abe Vladivostok görüşünün bu işə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.
Baş Nazir, həmçinin qeyd edib ki, hazırda dörd şimal adasında birgə təsərrüfat fəaliyyəti ilə bağlı layihələrin reallaşdırılmasına fəal hazırlıq işləri aparılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]