Siqaret, kosmetik vasitə və ləvazimatların qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 13 iyun, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə xeyli miqdarda siqaret, kosmetik vasitə və ləvazimatın bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “IVECO” və “Mercedes Benz” markalı yük avtomobilləri saxlanılıb, gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı avtomobillərin gizli saxlanc yerlərində 4200 ədəd “Marlboro Touch” markalı siqaret, 21 ədəd müxtəlif markalı kosmetik vasitə və ləvazimat aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.