Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 16 may, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında iki fakt üzrə 13 min ədəd “Marlboro” markalı siqaretin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının “DAF” markalı yük nəqliyyat vasitələri saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı yük avtomobillərinin gizli saxlanc yerlərindən 13 min ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]