Şirkət nümayəndəsi: “Coca-Cola” iqlim və dayanıqlı inkişaf mövzularına böyük önəm verir
Bakı, 21 oktyabr, AZƏRTAC
“COP29 tədbiri zamanı dünyanın diqqəti iqlim mövzusu ilə bağlı Azərbaycanda cəmləşəcək. Ölkəmizdə keçiriləcək beynəlxalq tədbirdə müzakirələrdə iştirakdan tutmuş, onun işıqlandırılmasına qədər media vacib rol oynayır. Bu səbəbdən də COP ərəfəsində belə bir seminar keçirmək qərarına gəldik”.
AZƏRTAC xəbər verir ki, bunu “Coca-Cola” şirkətinin Avrasiya və Yaxın Şərq üzrə ictimai əlaqələr kommunikasiya və davamlılıq üzrə baş direktoru Elşad Fərzəliyev Heydər Əliyev Mərkəzində media nümayəndələri üçün “ESG Hesabatlarının Tərifi və Təhlili” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
“Coca-Cola” dünyanın aparıcı şirkəti olaraq iqlim və dayanıqlı inkişaf mövzularına böyük önəm verir. Şirkətin biznes fəlsəfəsi ondan ibarətdir ki, heç bir biznes qurumu cəmiyyət, ətraf mühit inkişaf etmədən irəli gedə bilməz. Biz də bu inkişafın bir hissəsi olaraq daim qlobal, regional və yerli miqyasda dayanıqlı inkişaf sahəsinə həm investisiya qoyuruq, həm də biznes əməliyyatlarımızın dayanıqlılığını təmin etməyə çalışırıq. Həmin istiqamətdə nailiyyətlərimiz də var”, - deyə E.Fərzəliyev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]