Şirvan şəhər 7 nömrəli uşaq bağçasının açılış mərasimi olub
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də Şirvan şəhər 7 nömrəli uşaq bağçasının açılış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, açılış mərasimində Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, təhsil işçiləri, məktəbəqədər təhsil müəssisəsinin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.
Çıxışlarda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinin əsas hədəflərdən olduğu vurğulanıb.