Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən izolyasiya tədbirləri davam etdirilir
Bakı, 3 aprel, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının təsir dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində izolyasiya tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xüsusi karantin rejimi ilə əlaqədar şəhərə giriş-çıxış məhdudlaşdırılıb. Şəhərin giriş hissələrində Dövlət Yol Polisi və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub. Bu məqsədlə avtomaşınlar bir-bir saxlanılır və zəruri hal yaranmadıqda sürücülər məskunlaşdığı rayonlara geri yönləndirilir.