Siyəzəndə minik avtomobilinin "KamAZ"la toqquşması nəticəsində 1 nəfər ölüb VİDEO
Siyəzən, 14 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 14-də Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 113-cü kilometrliyində baş verib. Yolda hərəkətdə olan "Tofaş" markalı minik avtomobili ilə "KamAZ” toqquşub. Qəza nəticəsində minik maşınında olan 1 nəfər ölüb, müxtəlif bədən xəsarətləri alan 1 nəfər isə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.