Slovakiya ilə rəqəmsallaşma, innovasiya və şəhərsalma sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib
Bakı, 19 may, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Slovakiyanın investisiyalar, regional inkişaf və informasiya naziri Samuel Miqal ilə görüş keçirib.
AZƏRTAC nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə rəqəmsallaşma, innovasiyalar və şəhərsalma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Slovakiya tərəfi ölkəmizlə elektron hökumət, “SİMA imza” və elektron imza sahələrində əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Bununla bağlı ekspertlər səviyyəsində danışıqlara başlanılması qərara alınıb.
Həmçinin kosmik sənaye və texnologiyalar sahəsində gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]