Şolom Aleyxem ilk dəfə Azərbaycan dilində
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri - dünya ədəbiyyatında “Şolom Aleyxem” imzası ilə tanınan məşhur yəhudi əsilli rus yazıçısı Solomon Rabinoviçin “Seçilmiş əsərləri” işıq üzü görüb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, insan xislətinə xas olan ən gizli, incə mətləbləri canlı səhnələr, duzlu yumorla təsvir etməyin ustası olan Şolom Aleyxem əsərlərində, yaşadığı dövrün eybəcərliklərini, cəhalət və savadsızlığın törətdiyi tragikomedik səhnələri kəskin satira atəşinə tutur.
Yazıçının kitaba daxil edilən “Südçü Tevye” povesti, eləcə də “Gimnaziya”, “Əcdadların məzarı”, “Üç şəhər əhvalatı”, “Mərhəmət göstərmə!”, “Üç dul qadın”, “Kodnyanın ən xoşbəxti” kimi, iyirmidən çox hekayəsini dilimizə tanınmış tərcüməçi Fərhad Abdullayev çevirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]
Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib
- 08.06.2026 [11:40]
Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib
- 08.06.2026 [08:35]
Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar
- 07.06.2026 [21:36]