SON MƏNZİLƏ
Aprelin 8-də ölkəmizin ictimaiyyəti milli musiqi sənətimizin görkəmli nümayəndəsi, balet ustası, SSRİ xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qəmər Hacağa qızı Almaszadəni son mənzilə yola salmışdır.
Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının matəmsayağı bəzədilmiş səhnəsində qoyulmuşdu. Cənazənin önünə unudulmaz sənət ustasının yaradıcılığı boyu aldığı orden və medallar, ətrafına isə Azərbaycan Respublikasının Prezidenti adından, habelə Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Mədəniyyət Nazirliyinin, teatr kollektivlərinin adından əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi. Respublikamızın tanınmış mədəniyyət və incəsənət xadimləri cənazənin yanında fəxri qarovulda dayanırdılar.
X X X
Matəm mitinqini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq dedi ki, ilk peşəkar Azərbaycan balerinası olan Qəmər xanım milli balet məktəbinin yaradılması və inkişafında müstəsna rol oynamışdır. O, ölkəmizdə qadınların XX əsrdə incəsənət sahəsindəki uğurlarının təməlini qoymuş, musiqi mədəniyyətimizdə yeni janrın meydana çıxmasına güclü təsir göstərmişdir. Ömrünün sonunadək həyatını Azərbaycanda xoreoqrafiyanın inkişafına həsr etmiş, milli baletimizin təşəkkülündə böyük xidmətlər göstərmiş sənətkarın ifa etdiyi partiyalar bənzərsizliyi və yüksək peşəkarlıq səviyyəsinə görə əsil sənət inciləri hesab olunur. Balerinanın Opera teatrının səhnəsində dünya klassiklərinin şah əsərlərində canlandırdığı rəngarəng, dolğun obrazlar ona şöhrət gətirmişdir. Çalışdığı teatrın səhnəsində tamaşaya qoyulmuş bir çox əsərlərin, o cümlədən “Qız qalası” baletinin uğuru məhz Qəmər Almaszadənin verdiyi quruluşla bağlı olmuşdur.
Sonra çıxış edən xalq artistləri Azər Rzayev, Rəfiqə Axundova, Fərhad Bədəlbəyli, Tofiq Bakıxanov bildirdilər ki, Qəmər xanım uzun illər Bakı Xoreoqrafiya məktəbində milli kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. Onun yetirmələri sənət aləminin yüksək pillələrinə qalxmış, bu sənətin inkişafına böyük töhfələr vermişdir. Qəmər Almaszadənin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, SSRİ dövlət mükafatı laureatı olmuş, bir sıra orden və medallara layiq görülmüş, müstəqil Azərbaycanın yüksək mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Mərhumun ailəsi adından çıxış edən Çingiz Almaszadə Qəmər xanımın xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirdi. O, bütün Qəmər Almaszadə sənətinin pərəstişkarlarına və matəm mərasimində iştirak edənlərə də təşəkkürünü çatdırdı.
X X X
SSRİ xalq artisti Qəmər Almaszadənin cənazəsi teatrın binasından qaldırılaraq, birinci Fəxri xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq unudulmaz sənətkar Qəmər Almaszadənin cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!