Son sutka ərzində Pakistanda koronavirusa 12 min 73 nəfər yoluxub
İslamabad, 15 iyun, AZƏRTAC
Son 24 saat ərzində Pakistanda COVID-19-a 12 min 73 nəfər yoluxub. Beləliklə, ölkədə virus daşıyıcılarının sayı 144 min 478-ə çatıb. Son sutkada 178 xəstə dünyasını dəyişib və hazırda ölənlərin sayı 2729 nəfərdir.
Bu günədək Pakistanda 53 min 721 xəstə sağalıb. Hazırda Pakistan xəstəxanalarında 88 min 28 xəstə var. Ölkədə ən çox koronavirusa yoluxanlar Sind, Pəncab, Bəlucistan və Xayber-Paxtunxva əyalətlərindədir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]