Şose velosipedi üzrə Azərbaycan kuboku yarışının üçüncü mərhələsi başa çatıb


Bakı, 10 aprel, AZƏRTAC
Şose velosipedi üzrə Azərbaycan kuboku yarışında üçüncü mərhələyə yekun vurulub.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İsmayıllı rayonunda keçirilən yarışda müxtəlif yaş kateqoriyaları üzrə 60-a yaxın idmançı iştirak edib.
Reqlamentə əsasən, qaliblər iki yarış gününün nəticəsinə görə müəyyənləşib. Qızlar arasında yekun nəticəyə əsasən, Radha Şabanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Viktoriya Sidorenko ikinci, Lala Abdurahmanova isə üçüncü olub. On yeddi yaşadək oğlanlar arasında Tural İsrafilov bütün rəqiblərini geridə qoyub. Tamerlan Vitovskiy və Ravi Rzayev isə 2-3-cü yerləri bölüşüblər.
Gənclərin U-23 və elit yaş kateqoriyasında çıxış edən velosipedçilərin mübarizəsində Əli Qurbanov hamıdan güclü olub. Kamran Mirzəxanov və Elgün Əlizadə isə müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.
Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov təqdim ediblər. Mükafatlandırma mərasimi zamanı çıxış edən Mədət Quliyev qalibləri təbrik edib və Prezident İlham Əliyevə gənclərə yaratdığı şəraitə görə bütün velosipedçilər adından təşəkkürünü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2025 [19:45]
Misli Premyer Liqası: “Araz-Naxçıvan” üçüncü yeri təmin edib
- 17.05.2025 [17:20]
AAF “Sürətin evolyusiyası”nda klassik avtomobilləri təqdim edib
- 17.05.2025 [15:25]
Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub
- 16.05.2025 [17:48]
“Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
- 16.05.2025 [17:46]
"Sumqayıt"ın kapitanı futbolçu karyerasını başa vurur
- 16.05.2025 [17:41]
UFC-nin şöhrət zalının üzvü Bakıya gələcək
Almaniyanın Azad Demokratlar Partiyasının yeni sədri seçilib
- 16.05.2025 [23:57]
Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb
- 16.05.2025 [22:40]
Rauf Hacıyevin 103 illiyinə həsr olunmuş kitab təqdimatı keçirilib
- 16.05.2025 [22:06]
Ağstafada yol qəzası olub, xəsarət alan var
- 16.05.2025 [21:34]
DİM: “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib
- 16.05.2025 [21:33]
Azərbaycan məktəbliləri ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb
- 16.05.2025 [21:02]