“SpaceX” 22 ədəd “Starlink” mini peykini orbitə çıxarıb
Bakı, 2 fevral, AZƏRTAC
“Falcon 9” daşıyıcı aparatı “Starlink” sisteminin qlobal internet şəbəkəsinin orbital qrupunu doldurmaq üçün 22 mini peykdən ibarət partiyanı uğurla orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “SpaceX”-in məlumatında bildirilib. “22 “Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, - deyə qeyd olunub.
Raket şənbə günü Sakit okean vaxtı ilə saat 15:02-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasında SLC-4E buraxılış meydançasından buraxılıb. Təxminən bir saat sonra peyklər buraxılış aparatının ikinci pilləsindən ayrılaraq orbitə daxil olub.
2019-cu ilin may ayından etibarən “SpaceX” “Starlink” layihəsi çərçivəsində 7800-dən çox belə peyk buraxıb. Hazırda orbitdə 6900-dən çox cihaz işlək vəziyyətdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:45]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
- 02.10.2026 [12:36]
Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir
- 02.10.2026 [11:35]