Şpaqa üzrə milli komandamızın üzvü Fransada keçirilən dünya kuboku yarışında 64-lüyə yüksəlib
Bakı, 16 aprel, AZƏRTAC
Şpaqa üzrə Azərbaycan milli komandasının üzvü Ruslan Həsənov Fransada keçirilən dünya kubokunun mərhələ yarışında 64-lüyə yüksəlib.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qrup mərhələsini beş qələbə ilə baca çatdıran R.Həsənov pley-offda keçirdiyi ilk görüşdə macar Peter Farkasa (15:14), ardınca britaniyalı idmançı Jozef Çonqa (15:11) qalib gəlib. O, bu gün 32-liyə yüksəlmək uğrunda keçiriləcək görüşdə Macarıstan təmsilçisi Daniel Berta ilə qarşılaşacaq.
Qrupda iki qələbəsi olan Fərrux Səfərov pley-offda koreyalı Kim Myeongkiyə 10:15 hesabı ilə uduzub.
Qrup mərhələsində iki qələbə qazanan Barat Quliyev isə pley-offa adlaya bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]