“Spiegel” jurnalında dərc olunan qeyri-obyektiv məqaləyə cavab verilib
Berlin, 7 noyabr, AZƏRTAC
Alman türkoloq Mixael Raynhard Hesin “Spiegel” jurnalında ölkəmizlə bağlı dərc olunan qərəzli və qeyri-obyektiv məqalə ilə bağlı sözügedən nəşrin redaksiyasına ünvanladığı etiraz məktubunun xülasəsi dərc edilib (https://nex24.news/2020/11/turkologe-dr-hess-bezeichnet-den-spiegel-als-auflagengeil/).
AZƏRTAC xəbər verir ki, məqalədə “Spiegel” jurnalı tərəfindən Dağlıq Qarabağın anklav adlandırılmasının yanlış olduğu hüquqi cəhətdən izah edilir. Eyni zamanda, “Spiegel” jurnalının iddiasına cavab olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini “rakurs”da təqdim olunmasına etiraz bildirilir. Müəllif, həmçinin Dağlıq Qarabağın tarixinə toxunaraq Qafqaz Bürosunun 1921-ci il 5 iyul tarixli iclasında həmin bölgənin Azərbaycan SSR hüdudlarında saxlanmasına dair qərar qəbul edilməsi faktına diqqəti çəkir.
Vüqar Seyidov
Berlin
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [19:21]
Xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb
- 27.08.2026 [00:02]