İQTİSADİYYAT
STAR zavodunda ildə 1 milyon ton reformat xam mal əldə edilir
İzmir, 12 may, AZƏRTAC
STAR zavodundakı istehsal prosesində ildə 1 milyon tondan çox reformat məhsul əldə edilir ki, bu da neft-kimya sənayesi üçün dəyərli xammaldır. Lakin Türkiyədə bu məhsulun bazarı yoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri “SOCAR Türkiyə” şirkətinin Neft Emalı və Neft-Kimya İş Birliyinin direktoru Anar Məmmədov Əliağada keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, reformat məhsullara Amerika və Asiya ölkələrində tələbat var və bu məhsulu gələcəkdə ixrac etmək planlaşdırılır. Reformat kimi xam maldan neft-kimya sənayesində benzol və digər faydalı məhsulların istehsalında istifadə olunur.