Starmer: Britaniya Qətərə əlavə qırıcı təyyarələr göndərir
London, 5 mart, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin Qətərdə yerləşən hərbi qüvvələrini gücləndirmək məqsədilə əlavə qırıcı təyyarələrin göndəriləcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Baş nazir Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda Böyük Britaniyanın regiondakı müdafiə əməliyyatlarını gücləndirdiyini bildirib.
Onun sözlərinə görə, Böyük Britaniyanın Qətərdə yerləşən eskadrilyasına qoşulmaq üçün daha dörd “Typhoon” qırıcı təyyarəsi göndərilir. Bundan əlavə, pilotsuz uçuş aparatlarına qarşı imkanlara malik helikopterlərin sabah Kiprə çatacağı gözlənilir. Həmçinin “HMS Dragon” hərbi gəmisi Aralıq dənizinə yerləşdiriləcək.
Baş nazir, həmçinin bildirib ki, Yaxın Şərqdə yaşayan Britaniya vətəndaşlarının təxliyəsi istiqamətində tədbirlər görülür və artıq ilk çarter reysi həyata keçirilib. Onun sözlərinə görə, hazırda regionda olan 140 mindən çox şəxs Böyük Britaniya hökumətinin saytından qeydiyyatdan keçib.
Kir Starmerin sözlərinə görə, bölgədəki münaqişə bir müddət davam edə bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]