Sultan Hacıyev: Ölkəmizdə minatəmizləmə əməliyyatlarında ən son və müasir texnologiyalardan istifadə olunur
Ağdam, 28 fevral, AZƏRTAC
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidənqurma proseslərinin mütəşəkkil şəkildə həyata keçirilməsi üçün xüsusi əlaqələndirmə qərargahı yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbər müavini Sultan Hacıyev söyləyib.
Bildirib ki, qərargah 2020-ci ilin axırından fəaliyyət göstərir. “Bu qərargah nəzdində fəaliyyət göstərən 10 işçi qrupu böyük əhəmiyyət kəsb edən işlərin əlaqələndirilməsi, keyfiyyətin və sürətin bir araya gətirilməsini təmin edir. Təbii ki, bu proseslərin həyata keçirilməsinin əsas şərti minatəmizləmədir. Bu, həm yenidənqurma işlərini yerinə yetirərək işğaldan azad edilən ərazilərə sakinlərin tam təhlükəsiz şəkildə köçürülməsini təmin etmək deməkdir. Bu qrupa müxtəlif qurumların nümayəndələri daxildir. Minatəmizləmə əməliyyatı beynəlxalq qaydalara tam uyğun formada aparılır. Minatəmizləmə əməliyyatlarında ən son və müasir texnologiyalardan istifadə olunur”, - deyə S.Hacıyev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]