“Sumqayıt” Azərbaycan Premyer Liqasında 25-ci səfər qələbəsini qazanıb
Bakı, 26 oktyabr, AZƏRTAC
“Sumqayıt” Azərbaycan Premyer Liqasında 25-ci səfər qələbəsini qazanıb. Bu, yeddinci turun “Sabah”la qarşılaşmasına təsadüf edib.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Ayxan Abbasovun yetirmələri “Bank Respublika Arena”da 2:1 hesabı ilə qalib gəliblər. Sumqayıtın eyniadlı təmsilçisi rəqib meydanlarında 139-cu matçında 25-ci qələbəyə sevinib. Komandanın hesabında 38 heç-heçə və 76 məğlubiyyət də var. “Sumqayıt” ölkə çempionatları tarixində səfərdə 25 və ya daha çox qələbəsi olan 17-ci komanda olub.
Öz meydanında uduzan “Sabah” isə 15-ci ev məğlubiyyətini alıb. Bu, 26-cı görüşə təsadüf edib. Bakılılar evdə 6 qələbə qazanıb və 5 dəfə heç-heçə ilə kifayətlənib.
Qeyd edək ki, “Sumqayıt” 2011/2012-ci, “Sabah” 2018/2019-cu il mövsümündən Premyer Liqada mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]