Sumqayıt şəhər sakininə məxsus avtomobili qaçırmış şəxslər yaxalanmışdır
Bakı, 19 noyabr (AZƏRTAC). Paytaxtın Q.Qarayev prospektində Sumqayıt şəhər sakini İlham Qasımova məxsus “VAZ-2101” markalı avtomobil qaçırılmışdır.
Avtomobili qaçırmış Bakı sakinləri Nicat Süleymanov, Pərvin Çərkəzov və Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Eynullayev Nizami rayon polis idarəsinin və Çevik Polis Alayının əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışlar.
Nəsimi rayonunda isə Ələkbər Fazilova məxsus “Tofaş” markalı avtomobil qaçırılmışdır. Avtomobil rayon polis idarəsinin əməkdaşları tərəfindən R.Rza küçəsində tapılmışdır. Araşdırmalar zamanı avtomobilin Bakı sakini, əvvəllər məhkum olunmuş Anar Qasımov tərəfindən qaçırıldığı müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]