REGİONLAR
Sumqayıtda əmək yarmarkası: 345 manatdan 1500 manatadək əməkhaqqı


Sumqayıt, 29 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən Sumqayıtda keçirilən növbəti əmək yarmarkasında 120 vakant iş yeri təklif edilib.
AZƏRTAC xəbər verir ki, yarmarkada, ümumilikdə, 21 işəgötürən şirkət vakant yer təqdim edib. Təqdim olunan iş yerlərində minimum əməkhaqqı 345 manat, maksimum isə 1500 manata çatıb.
Müxtəlif peşə və vəzifələrlə bağlı vakansiyanın təqdim olunduğu aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə iş yerlərinə dair tələblər barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Eyni zamanda, yarmarkada iştirak edən iş axtaranlar Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumatlandırılıb.