Sumqayıtda qanvermə aksiyasında 250-dən çox donor qan verib
Sumqayıt, 9 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Tibb Mərkəzinin (STM), Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Respublika Qan Bankının dəstəyi ilə iki gün davam qanvermə aksiyasına yekun vurulub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, artıq ənənə halını alan bu nəcib aksiya STM-nin Təcili Tibbi Yardım Xəstəxanasında keçirilib. Mərkəzin rəhbərliyi, struktur bölmə rəhbərləri də daxil olmaqla, könüllülərin də qatıldığı tədbirdə 250-dən çox donor qan verib.
Xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülür.
Tədarük olunan qan və ondan hazırlanan preparatlardan talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən pasiyentlərin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə ediləcək.