REGİONLAR
Sumqayıtda şəhidlərimizə həsr olunmuş tədbir: Əbədiyyətə qovuşanlar
![](/files/galleryphoto/2024/1/1200x630/17065934366490161290_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17065934364191127109_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17065934364625326320_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/170659343639407060_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706593436165388050_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17065934364421539699_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17065934372738540817_1200x630.jpg)
Sumqayıt, 29 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Poeziya Evində “Əbədiyyətə qovuşanlar” adlı tədbir əzəli və əbədi torpaqlarımızı azad edən zaman şəhidlik zirvəsinə yüksələn doqquz qəhrəman oğulun xatirəsinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbin hazırladığı tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Azərbaycanın Dövlət Himni səslənib.
Tədbirdə məktəbin direktoru Savalan İmanov, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Çəmalləddin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şəhər şöbəsinin sədr müavini Ülvi Məmmədov və müəllim Elnurə Sadıqova çıxış edərək bildiriblər ki, igid qəhrəmanlarımızın sahəsində bu gün Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var.
Qeyd edilib ki, şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.
Sonra əbədiyyətə qovuşan şəhidlər Xəyal Məmmədov, Mirzə Novruzov, Kərim Əhmədəliyev, İlqar Əhmədov, Natiq Bəxşəliyev, Əbdulməcid Axundov, Heydər Xudiyev, Gəray Məmmədov, Xalid Quliyevin doğmaları çıxış edərək onların şücaətindən söz açıblar.
Tədbir məktəblilərin vətənpərvərlik mövzusunda ifa etdiyi şeirlər və musiqi nömrələrinin səslənməsi ilə davam edib.