SUMQAYITIN SOSİAL-İQTİSADİ İNKİŞAFININ 9 AYLIQ YEKUNLARI MUZAKİRƏ OLUNMUŞDUR
İcra hakimiyyətinin başçısı Vaqif Əliyev yığıncaqda çıxış edərək, ölkə həyatının bütün sahələrində əldə olunmuş uğurlardan danışmışdır. O vurğulamışdır ki, bu sürətli və müsbət dəyişikliklərin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev dahi liderimizin xəttini boyük uğurla və qətiyyətlə davam etdirir. Dovlətimizin başçısı Sumqayıta da daim diqqət göstərir. Onun göstərişi ilə Sumqayıtın lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə 800 milyon manat, 47-ci məhəllədə əvvəllər məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasının tikintisinin başa çatdırılmasına 500 milyon manat ayrılmışdır. Qısa muddət ərzində şəhid ailələri və Qarabağ muharibəsi əlilləri üçün yaşayış binaları istifadəyə verilmişdir və hazırda da tikilməkdədir.
Yığıncaqda şəhər təsərrüfatının müxtəlif bölmələri və xidmətlərinin rəhbərləri çıxış edərək, ötən doqquz ayın yekunlarından danışmışlar. Bildirilmişdir ki, Sumqayıtın sənaye müəssisələrində istehsalın həcmi 715 milyard manat təşkil etmişdir, bu isə ötən ilin muvafiq dövründəkindən 18 faiz çoxdur. Dövlət sektorunda istehsalın artım sürəti 93,3 faiz olmuşdur. Sənaye müəssisələrində orta əmək haqqı 11,6 faiz artaraq 510 min manata çatmışdır. Sənaye müəssisələrinin əmək haqqı üzrə borcu xeyli azalmışdır.
Şəhərdə kommersiya banklarının 17 filialı fəaliyyət göstərir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına fiziki və hüquqi şəxslərə 15 milyard manat məbləğində 23 kredit ayrılmışdır ki, bu da 600 yeni iş yerinin açılmasına imkan yaratmışdır.
Yığıncaqda işgüzar fikir mubadiləsi aparılmış, əmək intizamının, məmurların məsuliyyətinin artırılmasına dair tövsiyələr verilmiş, bir sıra müəssisələrdə işin sürətindən narazılıq ifadə olunmuşdur.