TACİKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB EMOMƏLİ RƏHMONA
Hörmətli Emoməli Şərifoviç,
Milli bayram - Müstəqillik günü münasibətilə Sizi və dost Tacikistan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan və Tacikistan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafeyi naminə, bütövlükdə regionda sülh və tərəqqi naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edərək, bir daha qəti əmin olduğumu bildirmək istəyirəm ki, Sizin bu yaxınlarda ölkəmizə rəsmi səfərinizin gedişində görüşlərimiz və söhbətlərimiz, əldə edilmiş razılaşmalar və imzalanmış sənədlər dövlətlərarası münasibətlərimizin daha da inkişaf etməsinə əlavə təkan verəcəkdir.
Hörmətli Emoməli Şərifoviç, Sizə möhkəm cansağlığı və uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 avqust 2007-ci il.