DÜNYA
Tacikistanda koronavirusa yoluxanların sayı artıb
![Tacikistanda koronavirusa yoluxanların sayı artıb](/files/2020/2/1200x630/1591937223499208806_1200x630.jpg)
Düşənbə, 12 iyun, АZƏRTAC
Tacikistanda son sutka ərzində COVID-19 koronavirusuna yoluxanların sayı 71 xəstə artaraq 4 min 834 nəfərə çatıb.
AZƏRTAC Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son 24 saat ərzində bir xəstə dünyasını dəyişib və ölənlərin sayı 49 olub.
Hazırda xəstəxanalarda 887 nəfər müalicə alır, son sutka ərzində 115 pasiyent sağalıb.
Qeyd olunur ki, karantində 1042 nəfər var.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə