Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarix təkrarlanır!

Tarix təkrarlanır!

Bakı, 30 avqust, AZƏRTAC

Son 30 ildə arzu və ümidlərlə yaşasaq da, bəzən pessimizmə də qapılırdıq. Çünki görürdük ki, ağa-ağ, qaraya-qara demək gücündə olanlar bu dünyada düşündüyümüzdən qat-qat azdır. Görürdük ki, guya ərazi bütövlüyünün toxunulmazlığı prinsipini uca tutduqlarını bəyan edənlərdən bəziləri, əslində, niyyətlərində səmimi deyillər. Onun da şahidi olduq ki, BMT kimi mötəbər beynəlxalq təşkilatın dörd məlum qətnaməsinə imza atanlar Ermənistandan işğal siyasətinə dərhal, tam və qeyd-şərtsiz son qoymasını tələb etməli olduqları halda, bunu etmədilər, yalnız görüntü yaratdılar. BMT Baş Assambleyası 2008-ci ildə 62/243 saylı qətnaməni qəbul etsə də, Ermənistan ona da məhəl qoymadı, Qarabağda qanunsuz məskunlaşdırmanı həyata keçirdi. Bunun qarşısını almağa mükəlləf olan böyük güclər özlərini elə aparırdılar ki, guya ermənilərin bu cinayətini də görmürlər. Əslində isə görürdülər, amma özlərini görməzliyə vurmuşdular. Öz qətnamələrinin icrasına işğalçını məcbur edə bilməyən və ya etmək istəməyən böyük güclər, sanki onu da görmürdülər ki, Ermənistan ondan-bundan aldığı, dəyəri milyonlarla ölçülən vəsaiti Azərbaycan ərazisi olan Qarabağda 6-7 eşalondan ibarət mühəndis-istehkam qurğularını quraşdırmağa yönəldir. Bunun üçün işğalçıya maliyyə vəsaiti ayıranlar da, münaqişənin guya qansız-qadasız, danışıqlar masasında həllinə çalışdığı görüntüsünü yaradanlar da eyni ünvanlar idi. Bu ünvanları təmsil edən faktaraşdırıcı missiyalar 30 il ərzində onu da görmədilər və ya görmək istəmədilər ki, ermənilər birinci müharibədən sonra Qarabağı viran qoyur, azərbaycanlıların bu torpaqlardakı tarixi və mədəni irsini qəsdən məhv edir, məscidlərimizi bilərəkdən təhqir edir və sözün əsl mənasında, göreşənliklə məşğul olur. İndi həmin ünvanlar özləri fakt qarşısında qalıb Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Amma yenə də riyakarlıq edirlər, həqiqətləri sonadək demirlər. Məgər ermənilərin yer üzündən sildikləri təkcə Ağdam olub? 30 il ərzində onlar işğal altında saxladıqları bütün yaşayış məskənlərimizin böyük əksəriyyətini bu günə salıblar. Bunun bir adı var: vəhşilik və mədəni sivilizasiyaya, insanlığa qarşı hərbi cinayət. Özünü dünyanın ən qədim və ən mədəni milləti adlandıran erməni toplumunun bu mifinə inananlar və ya ona aldananlar, nəhayət, özlərində güc tapıb vəhşini öz adı ilə çağırmalı, ünvanını açıq şəkildə dilə gətirməlidirlər. Etiraf etməlidirlər ki, bu cür vəhşilik, belə vandallıq sivil insan təfəkkürünə, sağlam topluma xas ola bilməz. Buna yalnız qədim dövrlərin vəhşi qəbilələri qadir olublar. Böyük güclərin bütün bunlara göz yummasının nəticəsidir ki, vəhşi qəbilə təfəkkürü gəlib bugünümüzə çatıb. Azərbaycan xalqı niyə və necə bəraət verə bilər ki, hətta müharibə günlərində Ermənistanın pulsuz-parasız silahlandırılmasının şahidi olub və bu gün də şahididir. Özü də bunu o dairələr edib və edir ki, guya vaxtilə münaqişəni danışıqlar masasında həll etmək istəyirlərmiş. Bu haqsızlığı edənlər həm də o ölkələrdir ki, müharibə günlərində ölkəmizi Dağlıq Qarabağı işğal etməkdə suçlayırdı və sonra da BMT-də əleyhimizə qətnamənin qəbul olunmasına təşəbbüs göstərirdi. Bütün bunlardan sonra fikirləşməyə bilmirsən ki, siyasi maraqları bir-biri ilə kəskin şəkildə toqquşan böyük güclər üçün işğalçı Ermənistan niyə bu qədər sevimli və əvəzolunmazdır? Niyə Minsk qrupunun həmsədrlik institutunda təmsil olunan üç ölkənin üçü də 106 il əvvəl guya baş vermiş uydurma erməni soyqırımını tanıdıqları halda, cəmi 29 il əvvəl ermənilər tərəfindən törədilmiş və dəfələrlə ermənilərin özləri tərəfindən etiraf olunmuş Xocalı soyqırımını tanımırlar? Niyə Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasına müqavimət göstərilirdi? Niyə hətta indi də Ermənistanı silahlandırır və bəyan edirlər ki, bu, onların suveren hüququdur. Bu cür erməni təəssübkeşliyinin yeganə səbəbi islamofobiya və türkofobiyadırsa, deməli, dünya bəyan etdiyi bəşəri dəyərlərdən çox uzaqlaşıb, beynəlxalq hüquq və tarixi ədalət böyük güclərin siyasi maraqlarının kölgəsində qalmaqda davam edir...

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat bildirib: “Şahidi olduğumuz bu cür ayrıseçkiliyə və haqsızlığa baxmayaraq, şəhidlərimizin və qazilərimizin həyatı-qanı bahasına, Müzəffər Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti hesabına, xalqımızın tarixi birliyi və əzmi sayəsində tarixi ədalət bərpa edildi. Bilmirəm, indi söyləyəcəyim fikirlə razılaşmayanlar olacaq ya yox, amma yenə də əminəm ki, düşmənin belini məhz savaş meydanında sındırmasaydıq, şəhidlərimizin qisasını üzbəüz döyüşdə almasaydıq və bütün dünyaya xalqımızın döyüşkən ruhunu göstərməsəydik, bu tarixi qələbəmiz indiki qədər milli ruhumuzu oxşamazdı! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa və uzun ömür versin.”

Ü.Quliyev qeyd edib ki, Qarabağ 30 ildən sonra öz doğma övladlarının qanı ilə paklaşdıqdan sonra azadlığına qovuşdu. Bu gün şəhidlərimizin ruhları şaddır. Çünki azad etdikləri Füzulidə Prezident İlham Əliyevin Qarabağın hava qapısı adlandırdığı Füzuli Beynəlxalq Hava Limanı açılır, artıq Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunun çəkilişi də tamamlanır. 39 il əvvəl Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşada ucaldılmış və 29 il əvvəl erməni vandalları tərəfindən dağıdılıb-sökülən Molla Pənah Vaqifin məqbərəsi məhz Heydər Əliyev Fondu tərəfindən bu gün bərpa olunub, böyük şairimizin büstü ucaldılıb. Prezident İlham Əliyevin Azərbaycanın və bütün türk dünyasının mədəniyyət beşiyi elan etdiyi Şuşada Üzeyir bəy Hacıbəylinin abidəsi qoyulub, Bülbülün ev-muzeyi yenidən bərpa olunub. Erməni vandalları tərəfindən yararsız hala salınan “Qarabağ” hoteli də ən yüksək standartlara uyğun şəkildə bərpa edilərək istifadəyə verilib. Verilib ki, Şuşaya səfər edən hər kəs, o cümlədən xarici qonaqlar da Şuşa qalasına açılan mənzərənin möhtəşəmliyini və ən başlıcası, Vətən torpağına yiyəlik münasibətini görə bilsinlər...

Düz 39 il əvvəl, 29 iyul-3 avqust tarixlərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Şuşada Vaqif Poeziya Günləri təşkil olunmuşdu. 29 ildən sonra azadlığına qovuşan Şuşada Prezident İlham Əliyevin təşəbbüsü ilə yenidən Vaqif Poeziya Günləri keçirilir. Bütün bunlar bu illər ərzində siyasi riyakarlıq edənlər, ilk növbədə, Ermənistan və onun hamiləri üçün o deməkdir ki, Şuşanın, Qarabağın və Şərqi Zəngəzurun əsl sahibləri tarixi torpaqlarına birdəfəlik, əbədi qayıdıblar. Bəlkə bu miqyasda həyata keçirilən bərpa-quruculuq işlərini gördükdən sonra anlayalar ki, torpağa yadelli münasibətlə doğma münasibətin fərqi nədədir. Anlasalar da-anlamasalar da, aşağıdan Şuşaya boylananlar fərqi artıq bilirlər, görürlər və bundan sonra da görəcəklər. Zərrə qədər şübhə etmirəm ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş Qarabağa hər səfərini və Prezidentimizin hər çıxışını Ermənistan hakimiyyəti ilə yanaşı, erməni cəmiyyəti də hərisliklə izləyir. Ona da əminəm ki, Prezidentimizin Molla Pənah Vaqifin məqbərəsi önündə səsləndirdiyi bu fikirlər Ermənistan hakimiyyətini və ona açıq-gizlin şəkildə hamilik edənləri növbəti dəfə silkələyəcək: “Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”.

Ermənistan hakimiyyəti qalsın bir tərəfdə, amma erməni cəmiyyəti bu həqiqəti bilməlidir: müstəqil Azərbaycanın yeni nəfəsi və tarixi ədalət hissi ona görə bu qədər güclüdür ki, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsini hətta sovet ideologiyasının hökmranlığı dövründə ucaltmağa qadir olan Böyük Heydər Əliyevin Prezident İlham Əliyev kimi iradəli və qətiyyətli davamçısı var və artıq o, müstəqil Azərbaycan dövlətinin, məğlubedilməz Azərbaycan xalqının müzəffər simvoluna çevrilib. Ermənistan buna da şəkk etməməlidir ki, Azərbaycanda Xalq və Prezident birliyinin təcəssümü olan Ali Baş Komandanımızın o dəmir yumruğu indi daha güclüdür. Çünki bu yumruqda rəhbər qətiyyəti və sərkərdə bacarığı ilə ümumxalq etimadı birləşir. Ona görə də nə qədər gec deyil, daşı ətəklərindən töküb onlara sevimli bacı deyənlərin, qılınc bağışlayanların, uydurduqları soyqırımı tanıyanların siyasi oyunlarında alətə çevrilməkdənsə, Azərbaycan Prezidentinin sülhə və dinc birgəyaşayışa çağırışına əməl etmələri həm özlərinə, həm də bölgəyə faydalı olar, hamiləri isə Ermənistan kimi mənasız alətə görə gərəksiz vaxt və maliyyə itkisindən canını qurtarar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək