Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi yaddaşımızdan silinməyən soyqırımı

Tarixi yaddaşımızdan silinməyən soyqırımı

Bakı, 31 mart, AZƏRTAC

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq, bu günə qədər davam edir. Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuş və zaman-zaman ölkəmizə qarşı ərazi iddiaları irəli sürmüşlər. Bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və soydaşlarımıza qarşı soyqırımı siyasətinin əsası qoyulmuşdur. Uydurma “böyük Ermənistan” ideyasını gerçəkləşdirməyə can atan erməni “alimləri” bu yalana həqiqət donu geyindirmək məqsədilə tarixi saxtalaşdırmış, əsl həqiqətləri isə təhrif etmişlər. Siyasi riyakarlığı özlərinə peşə etmiş bır sıra beynəlxalq təşkilatlar, o cümlədən islamofob qüvvələr erməni təcavüzkarlarına himayədarlıq etmiş və azərbaycanlıların soyqırımına məruz qalmalarına şərait yaratmışlar. Bundan ruhlanan erməni faşistləri XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçiriblər. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdır. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.

Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Hüquq müdafiəçisi deyib ki, ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. Çar Rusiyasının himayədarlığı ilə torpaqlarımızda məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayan ermənilər münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edən erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir.

Ç.Qənizadə erməni vəhşiliyindən söhbət açaraq bildirib ki, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. Ermənilər xarici havadarlarının köməyi ilə 1948-1953-cü illərdə Ermənistanda öz tarixi dədə-baba torpaqlarında yaşayan 150 min azərbaycanlını zorla doğma ev-eşiklərindən didərgin salmışlar. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. Həmin vaxtdan başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən - dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi soydaşlarımızın məskunlaşdıqları kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın faciəli şəkildə, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin salınması ilə nəticələnmişdir: “Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərdi.

Ç.Qənizadə dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində dünyada analoqu olmayan Xocalı qətliamını xatırladıb. Deyib ki, bu soyqırımı xüsusi qəddarlığı ilə seçilir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində dəhşətli soyqırımı həyata keçirmişdir. Amansız qətliam nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırımı baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür və onlardan 150-sinin taleyi indi də məlum deyil. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.

Komitə sədri ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini bildirib. Vurğulayıb ki, Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Hüquq müdafiəçisi şəhidlərimizin, soyqırımı qurbanlarının qanının yerdə qalmadığını söyləyərək deyib: “Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni döyüş meydanında diz çökdürüldü və şanlı Zəfər çaldı. 2020-ci il 10 noyabr tarixi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün Ermənistanın siyasi və hərbi rəhbərliyi təslim olduğunu rəsmən təsdiqlədi. Hazırda dünya birliyi Azərbaycanı qalib, Ermənistanı isə məğlub ölkə kimi qəbul edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

BDU-nun magistrantları Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH